Hələ ÇL tarixində Kün kimi alman olmamışdı

19.02.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Seltik"in futbolçusu Nikolas-Qerrit Kün UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.

Fanat.Az xəbər verir ki, 25 yaşlı vinger bunu Almaniyada "Bayern Münhen" ilə heç-heçə (1:1) etdikləri pley-off mərhələsinin cavab oyununda qol vurmaqla bacarıb. 

O, qitənin bir nömrəli klub turnirində ilk üç qolunu Bundesliqa təmsilçilərinə vuran ilk alman oyunçu kimi tarixə düşüb.

Bundan başqa, Nikolas Kyun 2014-cü ildə "Arsenal"da çıxış etmiş Lukas Podolskidən sonra ÇL-in pley-offunda "Bayern"in qapısına yol tapan ilk almaniyalıdır.

Qeyd edək ki, Şotlandiyada reallaşan ilk görüşdə 2:1 hesablı qələbə qazanan Münhen klubu 1/8 finala yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью