Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünya çempionatının 1/16 final mərhələsində Almaniya yığmasını penalti seriyasında üstələyərək (1:1, penaltilər: 4:3) Paraqvay millisinin yarımmüdafiəçisi Xulio Ensiso komandasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, o, dünya çempionatlarının pley-off mərhələlərində ölkəsinin ilk qolunun müəllifi olub.
Paraqvay bunadək mundiallarda 5 pley-off matçına çıxsa da, qol vurmağı bacarmamışdı. Cənubi amrikalılar yalnız DÇ-2010-da Yaponiyanı penaltilər seriyasında yenərək 1/4 finala adlamış və CAR-da təşkil olunan həmin turnirin qalibi İspaniyaya yenilmişdi.
Paraqvay seçməsi 1/8 finalda Fransa - İsveç cütünün qalibi ilə üz-üzə gələcək.
Nihat