Hələ də çap maşınında yazır

22.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. 

“Qafqazinfo” xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır.

Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. 

“Oskar”lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-ci ildə Saq-Harbordakı “The Church” qalereyasında sərgilənib. Onların arasında əfsanəvi “Olivetti Valentine” şirkətinin 1969-cu il istehsalı olan çap maşını da var. 

Henks hələ də məktublar və yazılar yazmaq üçün çap maşınlarından istifadə edir. 2017-ci ildə isə onun çap maşınında yazılmış “Unikal nümunə” adlı hekayələr toplusu nəşr olunub.

Aktyor çap maşınlarının düymələrinin səsinə xüsusi sevgisi ilə seçilir. Bu sevgi o qədər dərindir ki, Henks hətta müasir cihazlarda klassik yazı makinasının hiss və səsini təqlid edən “Hanx Writer” adlı tətbiq hazırlayıb.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью