Hələ də prezident olduğunu deyir

25.01.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mənim mandatım yeni prezident seçilənə qədər davam edəcək.

Milli.Azxəbər verir ki, bunu Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili "France 24″ə müsahibəsində deyib.

O, yeni prezidenti Mixail Kavelaşvilinin legitimliyini tanımadığını bildirib:

"Təkcə mən yox, əhali də bunu tanımır. Seçkinin nəticələrini bizim Avropa və Amerikadakı tərəfdaşlarımız da tanımır, yalnız Macarıstan istisnadır. Seçki manipulyasiyanın nəticəsidir və Rusiya tərəfindən dəstəklənib.

Konstitusiyaya əsasən, mənim mandatım yeni prezident seçilənə qədər davam edir. Ona görə də gözləyirəm. Yeni seçkilər keçirilən kimi mən məmnuniyyətlə gedəcəyəm". /Globalinfo.az 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью