“Hələ də şansımız var” “Ferentsvaroş”un prezidenti

26.08.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı oyundan əvvəl “Ferentsvaroş”un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, o futbolçularından qeyri-adi performans göstərmələrini istəyib.
“Hələ də özümüzü sübut etmək şansımız var. Hər bir oyunçudan qeyri-adi, super-qəhrəman kimi performans tələb olunur. Ancaq onda irəliləmək şansımız olacaq”.
Xatırladaq ki, ilk görüşdə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью