Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avroviziya” təmsilçilərimizdən olan Fərid Məmmədov sosial şəbəkədə yayımladığı videolarla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, illər əvvəl ABŞ-yə köçən müğənni videoların yaranma tarixçəsini izləyiciləri ilə bölüşüb.
O bildirib ki, eşitdiyi mahnı onu 2000-ci illərin əvvəllərinə qaytarıb. Həmin vaxtlar mahnını dinlədiyini və klipinə televiziyada baxdığını xatırlayan Fərid evə gəldikdən sonra klaviaturada ifa edib oxumağa başlayıb. Daha sonra mahnının akapella versiyasını da hazırlayıb.
Sənətçi videoları heç bir xüsusi plan olmadan, spontan şəkildə çəkdiyini və onların bu qədər izlənəcəyini gözləmədiyini vurğulayıb:
“Videomu bu qədər çox izlədiyinizə və altında bu qədər gözəl şərhlər yazdığınıza görə onun yaranma hekayəsini sizinlə bölüşmək istədim. Düzünü desəm, hələ də bir az şokdayam. Heç vaxt videolarımın bu qədər insana çatacağını gözləmirdim.
Videoların baxış sayını, şərhlərinizi və mənə yazdığınız gözəl mesajları görmək həqiqətən inanılmaz hissdir. Dəstəyinizi hiss edirəm və bu, mənim üçün düşündüyünüzdən də çox şey deməkdir.
Xüsusilə öz azərbaycanlı xalqıma təşəkkür etmək istəyirəm. Məncə, bu qədər gözəl və ruhlandırıcı şərh yazanların təxminən 85-90 faizi azərbaycanlı idi. Bu, mənə həqiqətən çox xoş təsir edir, ürəyimə toxunur. Sevginiz və dəstəyiniz üçün sizə çox minnətdaram”.