Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino yenidən "Tottenhem"i çalışdırmaq istəyir.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Mütəxəssis deyib:
"Mən klubu tərk edəndə açıqlama vermişdim ki, nə vaxtsa yenidən "Tottenhem"ə qayıtmaq istəyirəm və, əlbəttə ki, bu, belədir. İndi mən ABŞ-dayam və o zaman dediklərimi təkzib etmək fikrində deyiləm. 5, ya 6 il keçsə də, hələ də qəlbimdə ora qayıtmaq istədiyimi hiss edirəm".
Qeyd edək ki, Poçettino London klubunda 2014-cü ildən 2019-cu ilə çalışıb. Onun "Tottenhem"ə baş məşqçilik etdiyi dövrdə komanda daimi olaraq Çempionlar Liqasına vəsiqə qazanıb və bir dəfə turnirin finalına yüksəlib.