Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl türkiyəli məşhur müğənni Fatih Ürək 59 yaşında vəfat edib.
Axşam.az-ın məlumatına görə, "Armağan cast" proqramında mərhum ifaçının bacıları ilə bağlı bəzi iddialar səsləndirilib. Bildirilib ki, bacıları Fatih Ürek reanimasiyada koma vəziyyətində olduğu 4 ay müddətində onun evlərini talan ediblər.
"Bacılarına bunu soruşmaq istəyirəm: Fatihin evini talan etdiniz? İstanbul və Bodrumdakı mülkündəki əşyalar haradadır? Onun kürklərini hələ vəfat etməmişdən əvvəl İzmirə gedib orada məşhur mağazaya satmağa çalışdınız? Adam həyatla mübarizə aparan vaxtı İstanbul və Bodrumdakı evlərini talan ediblər. Fatihin həmişə qoluna taxdığı qolbaqlar hazırda bacıların qolundadır" deyə, verilişin aparıcısı açıqlayıb.