“Hələ ki heç nə dəqiq deyil” Elnur Qasımov

02.06.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Premyer liqaya vəsiqə uğrunda pley-off matçında “Mingəçevir” “Qəbələ”yə məğlub oldu. Bununla da 1-ci liqada 2-ci yeri tutan “nur şəhəri” təmsilçisinin elita ümidləri suya düşdü.

Klubun gələn “futbol ili”ndə hədəfinin nə olacağı, yenidən elitaya vəsiqə uğrunda mübarizəni davam etdirib-etdirməyəcəyi maraq doğurur. Eyni zamanda, “Mingəçevir”in bu səviyyəyə çatmasında pay sahibi olan baş məşqçi Ramiz Məmmədovun taleyinin necə olacağı da bilinmir.
Bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Elnur Qasımov ilə əlaqə saxladıq:

“Yaxın müddətdə klubdaxili iclas olacaq. Görüşdən sonra hər şey məlum olacaq. Hələ ki heç nə dəqiq deyil”.


Xatırladaq ki, “Mingəçevir”in əsası 2022-ci ildə qoyulub.
İSRAYIL XEYRULLAYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью