Hələ Liverpul a gəlməyib, bu 4 ulduz futbolçunu İSTƏYİR

27.01.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xabi Alonso "Liverpul"un baş məşqçisi olacağı halda klub rəhbərliyinə öz şərtlərini irəli sürüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis İngiltərə təmsilçisində işə başlayacağı təqdirdə heyətdə ciddi və köklü dəyişikliklərin qaçılmaz olacağını açıq şəkildə bildirib. Alonso komandanın daha rəqabətqabiliyyətli olması üçün transfer siyasətində aktiv addımlar atılmasını istəyir.

Onun potensial transfer siyahısında bir neçə tanınmış futbolçunun adı yer alır. Bunlar "Tottenhem"in müdafiəçisi Mikki van de Ven, "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton, PSJ-nin hücumçusu Bredli Barkola və "Bavariya"nın futbolçusu Maykl Olisedir.

Məlumata görə, "Liverpul" rəhbərliyi artıq Xabi Alonso ilə ilkin mərhələdə müsbət danışıqlar aparıb. Tərəflər arasında razılaşmanın yaxın vaxtlarda əldə olunacağı və ispan mütəxəssisin komandaya qoşulacağı gözlənilir.

Hüseyn
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью