Hələb qalasına Türk bayrağı asıldı

02.12.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada Əsəd rejiminə qarşı müxaliflərin  Hələb şəhərini  ələ keçirməsindən 76 il sonra  bir ilk hadisə baş verib.
Ölkə.Az xəbər verir ki, müxaliflər Hələbdə nəzarəti ələ keçirdikdən sonra  Hələb qalasında Türkiyə bayrağı dalğalandırılıb.  Türkiyə bayrağı sonuncu dəfə Hələb qalasında 1948-ci ildə asılıb.
"76 il  əvvəl 1948-ci ildə  Türkiyəyə qoşulmağı tələb edən Hələblilər əllərində türk bayraqları ilə şəhərin küçələrində yürüş keçiriblər.
Hələblilər Hələb qalasına qalxaraq Türkiyə bayrağını dalğalandıraraq “Bizi rahat yaşada bilən ancaq Türkiyə rəhbərliyi ola bilər” kimi şüarlar səsləndiriblər.
Təxminən 400 il Osmanlı himayəsində qalan şəhərin ən böyük simvollarından biri olan Hələb qalasında bu gün Türkiyə bayrağı dalğalanıb", - Türkiyə mediası yazır.
Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью