Hələb qalasına Türk bayrağı asılıb

02.12.2024

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Bəşər Əsəd qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib.
Reyting.az
xatırladır ki, noyabrın 27-28-də Hələbin qərb çölündən sürətlə mərkəzə doğru irəliləyən rejim əleyhdarı silahlı dəstələr noyabrın 30-da mərkəzin böyük hissəsini ələ keçirib.
Təxminən 400 il Osmanlı himayəsində qalan şəhərin ən böyük simvollarından biri olan Hələb qalasında bu gün Türkiyə bayrağı asılıb.
Qeyd edək ki, 76 il əvvəl Türkiyəyə qoşulmağı tələb edən hələblilər əllərində türk bayraqları ilə şəhərin küçələrində yürüş keçirmişdilər. İndisə hələblilər Hələb qalasına qalxaraq Türkiyə bayrağını asıb və “Bizi rahat yaşada bilən ancaq Türkiyə rəhbərliyidir”,- kimi şüarlar səsləndiriblər.

ELÇİN

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью