Hələbdə durum kəskinləşir Döyüşlər yenidən başladı

30.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Suriyanın silahlı müxalif qrupları Hələb vilayətinin şərqində yeni hərbi əməliyyata başlayıblar.

Teleqraf.com xeber verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumatda deyilir ki, qruplar Hələbin şərqindəki Bab şəhərində “Azadlıq Zəfəri” adlı yeni hərbi əməliyyata start veriblər.

Mənbə suriyalı müxalifləri “Türkiyəyə yaxın qüvvələr” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl müxaliflərin Hələb şəhərini nəzarətə götürmələri barədə məlumat yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью