Hələbdə internetin fəaliyyəti dayandırılır

03.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Hələbdə mobil rabitə və internetin fəaliyyəti qismən dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Sham FM” radiosu məlumat yayıb.

Məlumata görə, şəhərdə bütün banklar, pul köçürmələri və valyuta mübadiləsi məntəqələri bağlanıb.

Bildirilib ki, şəhərdə hərəkət zəifdir, sakinlərin əksəriyyəti zərurət olmadıqca küçəyə çıxmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью