Hələbdə qarşıdurmalar davam edir

29.11.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada rejim qüvvələri ilə toqquşan rejim əleyhdarı silahlı qruplar Hələb şəhərinin kənar məntəqələrində bir kilometr məsafəyə çatıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, toqquşmalar ilk olaraq Hələb vilayətinin qərb çölündə ötən gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.

Hələbin qərbində 32 kənd və məntəqəni nəzarətə götürən silahlı qruplar ötən gün Hələb və İdlib əyalətlərində ümumilikdə daha 24 kənd və məntəqəni nəzarətə götürüb.

Rejim əleyhdarı qruplar Hələb şəhərinin kənar məntəqələrinə 1 kilometr yaxınlaşaraq, təxminən 400 kvadrat kilometr ərazini nəzarətə götürüb, həmçinin günün səhər saatlarında Hələb Neyrap Hərbi Hava Limanına pilotsuz təyyarələrlə hücum edib və bir helikopteri məhv ediblər.

Qarşıdurmalar davam edərkən, rejim qüvvələri qurudan-quruya silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.

Silahlı qruplar nəzarətə götürdükləri bölgələrdə rejimə məxsus ağır silahları, anbarları və hərbi maşınları ələ keçirib. Toqquşmalarda çoxlu rejim əsgəri ölüb, onlarla əsgər əsir götürülüb.

Bölgədəki qarşıdurmalardan qaçan 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb.

Hələbin şəhər mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Macarıstan hərbçilərinə Türkiyə türkcəsi tədris ediləcək

Dünya

Türkiyənin terrorla mübarizəsi davam edir

Dünya

Hindistanda 30 nəfər yaralanıb

Dünya

Tehranın manevr imkanları daralır

Dünya

Almaniya çip istehsalına 2 milyard avro sərmayə yatıracaq

Dünya

Qəzzada 50 min hamilə qadın aclıqla mübarizə aparır

Dünya

Malayziyada daşqın olub - xeyli sayda ölü var

Dünya

İsrail çadırlara hücum etdi - ölən və yaralananlar var

Dünya

Netanyahudan XƏBƏRDARLIQ

Dünya

İranda polis idarəsinə hücum oldu

Dünya

"Ümid edirəm, Tramp bu barədə fikrini dəyişəcək" - Bayden

Dünya

Suriya ordusunun əsgəri kimi geyinən yaraqlılar məhv edildi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью