Hələbdə Suriya qüvvələri və SDQ arasında atəşkəs əldə olundu

07.10.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın Hələb vilayətində təhlükəsizlik qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən silahlı qarşıdurmalardan sonra atəşkəs razılaşması əldə edilib.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi mənbələrə görə, atəşkəs artıq qüvvəyə minib.

Məlumata görə, Hələb Qubernatorluğu hadisələr fonunda 7 oktyabrdan etibarən bütün təhsil və dövlət müəssisələrinin fəaliyyətini dayandırıb.

Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba bildirib ki, PKK/YPG hücumları nəticəsində 25 mülki şəxs yaralanıb.

Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində baş verən toqquşmalar zamanı onlarla ailə evlərini tərk etməyə məcbur qalıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью