Hələbi ələ keçirən üsyançıların lideri öldürüldü

01.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Suriyada son iki gündə Hələbi ələ keçirən, İdlibdə tam nəzarəti bərpa edən “Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Culaninin öldürülməsi barədə xəbərlər yayılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün səhər ərəb, İsrail və İran mediası məlumat yayıb.

Qeyd edilib ki, Əbu Məhəmməd əl-Culani Rusiya qırıcılarının İdlib şəhərinə hava zərbəsi zamanı öldürülüb.

HTŞ hələ ki, bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью