Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
ABŞ-da helikopterin çay barjasına çırpılması nəticəsində iki nəfər ölüb.
Reyting.az xəbər verir ki, "MD 369" helikopteri İllinoys ştatının East Alton şəhəri yaxınlığında Missisipi çayında qəzaya uğrayıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) helikopterin elektrik xətlərinə dəydikdən sonra qəza etdiyini açıqlayıb.
Qəza nəticəsində helikopterdə olan iki nəfər həlak olub, çayın hərəkəti bağlanıb.
Qəzadan sonra başlayan yanğın söndürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
V. QULİYEV