Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Perunun cəngəllik ərazisində hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib.
Avtosfer.az-ın məlumatına görə, helikopter patrul qrupunun təxliyəsi üzrə hərbi tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb.
Hadisə zamanı Peru Hərbi Hava Qüvvələrinin 5, Peru Ordusunun isə 3 hərbçisi həlak olub.
Qəzadan yalnız helikopterin pilotu sağ çıxıb və o, hazırda paytaxt Limaya təxliyə olunur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.