Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR Bu ölkədə

27.09.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Kanadanın Kvebek əyalətində helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 4 nəfərin hamısı həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə CBC telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qəza sentyabrın 26-da axşam Monreal şəhərindən 55 kilometr məsafədə baş verib. Hadisə yerində baş verən yanğın söndürülüb.
Polis hələlik qəzanın səbəbləri, hava gəmisinin sahibi və ölən şəxslərin kimliyi barədə məlumat verə bilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью