Helikopter xəstəxanaya çırpıldı, 4 nəfər öldü

22.12.2024

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyində olub

Xəsarət alanlar barədə hələ məlumat yoxdur.

***

Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.

Helikopter binaya çırpıldıqdan sonra yerə düşüb.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью