Helikopterə hücum: 4 əsgər həlak olub

06.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Kolumbiyada helikopterə silahlı hücum nəticəsində 4 əsgər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Antioquia inzibati bölgəsindəki Caceres qəsəbəsinin çölünə enən helikopterə naməlum şəxslər atəş açıblar.

Hücumda 4 əsgər həyatını itirib. Bölgəyə çoxlu sayda gücləndirmə dəstələri göndərilib.

Ordudan verilən açıqlamada iplə enən əsgərlərə atəş açıldığı və əsgərlərin həyatını itirdiyi bildirilib.

Hücuma görə məsuliyyəti keçmiş hərbiləşdirilmiş qüvvələrdən ibarət narkotik alveri ilə məşğul olan cinayətkar "Clan del Golfo" təşkilatı  üzərinə götürüb.

Yerli mətbuatın məlumatına görə, narkotik təşkilatı "Clan del Golfo"-nun 6 mindən 9 minə qədər silahlı üzvü var.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью