Helikopterlə dostlarını xilas edən milyonçu öldü

08.08.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kamçatkada helikopter təcili eniş edib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb pilotun özünü narahat hiss etməsi olub.

Belə ki, təcili eniş edən helikopterin pilotu, yerli balıqçılıq sənayesi sahibi və milyonçu İqor Kan olub. Məlumata görə, iş adamı dostları ilə birlikdə Kronotski qoruğunun gözəlliklərinə baxmaq üçün yola çıxıb. Uçuş zamanı Kan özünü pis hiss edib, buna baxmayaraq o helikopteri yerə endirməyi bacarıb.

Enmə sonrası vəziyyəti pisləşən İqor Kanın həyatını xilas etmək mümkün olmayıb. Sərnişinlər arasında xəsarət alan yoxdur. 

Rusiya İstintaq Komitəsi milyonçunun ölümü ilə bağlı araşdırmalara başlayıb. 

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью