“Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik”

28.11.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüflər olsun ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma “Neftçi”nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar.

– “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Komandanızı oyuna necə hazırladız?

– Adətən belə komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. “Neftçi” də bu gün yaxşı oynadı.

– Ardıcıl 3-cü oyundur “Turan Tovuz” qələbə qazana bilmir. Bunun səbəbi nədir?

– Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью