Həlledici oyuna doğru: statistika nə deyir?

12.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan yığması UEFA Millətlər Liqasında sabah Lixtenşteynin qonağı olacaq. Matça saat 23:45-də start veriləcək.

Komandalar bunadək 6 dəfə üz-üzə gəlib. Bu görüşlərdə milli 3 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Lixtenşteynin yeganə qələbəsi 1998-ci ilə təsadüf edir. Rəqib həmin il Avropa çempionatı seçmə mərhələsində Azərbaycan yığmasına qalib gəlməklə tarixinin ilk qələbəsini qazanıb.

Komandalar arasındakı sonuncu matç Bakıda, ötən ay keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınıb. Milli böyük üstünlüklə keçirdiyi matçda fərqlənə bilməyib.

Azərbaycan yığması bu matçda qələbə qazanacağı halda, D Liqasının 2-ci qrupunu 8 xalla lider bitirəcək. Komanda hazırda 5 xalla birinci pillədədir. İkinci sırada qərarlaşan Litvanın 4, sonuncu – üçüncü Lixtenşteynin isə bir xalı var.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu tsiklda hələ uduzmayıb. Komanda 3 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Bakıda Litvanı məğlub edən millimiz səfərdə bu rəqiblə xalları bölüşüb.

Azərbaycan yığması bu görüşlərdə 2 qol vurub, 1-ni buraxıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью