Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

25.11.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moda fotoqrafiyasının tarixini dəyişən sənətçilərin nadir işləri dekabrın 4-də Almaniyanın Köln şəhərində satışa çıxarılacaq.

Kulis.az xəbər verir ki, "Lempertz" hərracında Helmut Nyuton, Peter Lindberq və Horst P. Horstun arxiv materialları təqdim ediləcək.

Fotolar arasında Nyutonun 1991-ci ildə çəkdiyi “Parlour Game” əsəri xüsusi maraq doğurur. Onun ilkin satış qiymətinin 25–30 min avro arasında olacağı gözlənilir.

Hərracda Lindberqin Keyt Mossun iştirakı ilə hazırladığı moda fotosu da yer alacaq. 2014-cü ildə Parisdə çəkilmiş həmin işin 12–15 min avroya satılacağı proqnozlaşdırılır. Horst P. Horstun nadir platin-palladium çapları da kolleksiyaçılar üçün diqqətçəkən nümunələrdəndir. Bu fotolar təkcə məşhur modellərin portretləri deyil, həm də ötən əsrin moda estetikası, jurnal nəşriyyatı və vizual mədəniyyətinin inkişafını izləmək baxımından əhəmiyyətli arxiv materiallarıdır.

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı 500 il əvvəlki “qiyamət xəbərləri” hərraca çıxarılır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью