Qol.az saytına istinadən Icma.az xəbər verir.
Həm bombardilər, həm də "tənbəl"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Argentina millisinin hücumçusu Lionel Messi və Fransa yığmasının forvardı Kilian Mbappe DÇ-2026-da ən çox piyada hərəkət edən sahə oyunçularıdır.
QOL.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.
Araşdırmada dünya çempionatında ən azı 150 dəqiqə meydanda olan futbolçuların göstəriciləri nəzərə alınıb. Statistikaya görə, Messi qət etdiyi ümumi məsafənin 47 faizini, Mbappe isə 45 faizini piyada qət edib.
Qeyd edək ki, hər iki futbolçu hazırda DÇ-2026-nın bombardirlər siyahısına 7 qolla başçılıq edir. Dünya çempionatları tarixində isə Messinin hesabında 20, Mbappenin aktivində 19 qol var.