Icma.az, Qol.az saytına istinadən bildirir.
Portuqaliyanın "Oliveyrense" klubunun idman direktoru Rikardu Fernandeş ağır cəzaya məruz qalıb.
QOL.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının İntizam Şurasının yaydığı məlumata görə, funksioner 30 gün müddətinə diskvalifikasiya edilib. O, "Benfika"nın əvəzedici komandası ilə ev oyununda hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyi üçün bu cəzaya layiq görülüb.
Hakimin hesabatına əsasən, Fernandeş komandası qol vurduqdan sonra texniki zonanı tərk edərək baş hakimə tərəf qeyri-etik ifadələr səsləndirib. Məlumata görə, idman direktoru bir aylıq cəza ilə yanaşı, həmçinin 2142 avro məbləğində cərimə də ödəyəcək.
Qeyd edək ki, qarşılaşma "Oliveyrense"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.