Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi

12.09.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi

“Fiorentina”nın futbolçusu Franko Mastantuono Lionel Messiyə məxsus rekordu yeniləyib.

QOL.az xəbər verir ki, 19 yaşlı argentinalı A Seriyasının 4-cü turunda “Venesiya” ilə matçda het-trik edib. Qarşılaşma “Fiorentina”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Mastantuono Avropanın “Böyük beşlik” ölkələrinin liqalarında bir oyunda 3 qol vuran ən gənc argentinalı futbolçu olub. O, bu nailiyyətə 19 yaş 28 günlüyündə imza atıb.

ESPN-in məlumatına görə, Mastantuono bu göstəricidə Messidən 231 gün daha gəncdir. Messi klub karyerasında ilk het-trikini 2007-ci il martın 10-da “Barselona”nın heyətində “Real”a qarşı oyunda rəsmiləşdirib.

“Venesiya”nın hesabı açmasından sonra Mastantuono qısa müddətdə iki qol vuraraq komandasını önə keçirib. Argentinalı futbolçu 84-cü dəqiqədə üçüncü qolunu vuraraq het-trikini tamamlayıb.

Qeyd edək ki, bu qollar Mastantuononun “Fiorentina”nın heyətində ilk qolları olub. O, ötən ay “Real”dan bir mövsümlük icarəyə götürülüb.

Mastantuono həmçinin “Fiorentina” tarixində A Seriyasında het-trik edən ən gənc futbolçu olub. O, İtaliya çempionatının tarixində bu göstəriciyə çatan 9-cu ən gənc oyunçudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью