Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının ən etibarlı üzvlərindən birinə çevri
QDTİB-in ölkəmizdə müxtəlif sektorları əhatə edən layihələrə verdiyi maliyyə dəstəyinin davamlı olduğu xatırladılıb.
Bankın Rəhbərlər Şurasının üzvü, Azərbaycanın maliyyə naziri Samir Şərifov QDTİB ilə ölkəmiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsi üçün potensialların böyük olduğunu, bankın Azərbaycanda daha çox investisiya ayıracağına əminliyini ifadə edib.
Qeyd edək ki, QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır.
Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.
QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
500 milyon avrodan çox maliyyə donorluğu Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 25 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib.
1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb.