Həm “Neftçi”, həm də “Qarabağ”da oynamış futbolçu İdman və Biz | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Veteran futbolçu Musa Qurbanovun 60 yaşı tamam olub.
İdman.biz xəbər verir ki, Zaqatala rayonunda anadan olan Musa futbolçu karyerasına hərbi xidmətə qayıtdıqdan sonra 21 yaşında yerli “Daşqın” komandasında başlayıb.
1987-ci ildə “Kəpəz”in heyətində SSRİ çempionatında debüt edib, sonra Qazaxın “Göyəzən” komandasının şərəfini qoruyub.
1989-cu ildə SSRİ kubokunda debüt edən “Göyəzən” ilk oyunda Başqırdıstanda Ufa “Qastello”suna 2:1 hesabı ilə qalib gəlib.
Qələbə qolunu da oyunun 82-ci dəqiqəsində hücumçu Musa Qurbanov vurub.
1989-cu ilin iyununda 1/32 finalda “Göyəzən” Qazaxda “Neftçi” ilə qarşılaşıb.
Meydan sahibləri 1:2 hesabı ilə məğlub olsalar da, Musa o vaxt 1-ci liqaya düşmüş Bakı komandasının diqqətini cəlb edib və ikinci dövrədə paytaxt klubuna keçib.
Həmin il 5, növbəti il isə 10 oyunda “Neftçi”nin formasını geyinib.
Tam oxu
Xəbəri oxu