Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir

19.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir

“Mançester Yunayted”in maliyyə itkiləri artmaqda davam edir. Klubun son rüb üzrə xalis zərəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə yüksəlib.

QOL.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, sentyabrda başa çatan üç ayda klubun gəliri 4 faiz artaraq 146 milyon funt sterlinqə çatıb. Buna baxmayaraq xalis zərər 6,6 milyon funt sterlinqdən 18,1 milyon funt sterlinqə yüksəlib.

Klubun ümumi borcu isə ötən ilin sentyabrı ilə müqayisədə 125 milyon dollar artaraq 775 milyon dollara çatıb. Artımın kreditin yenidən maliyyələşdirilməsi ilə əlaqəli olduğu bildirilir.

Maliyyə problemləri komandanın Premyer Liqadakı uğursuz çıxışları ilə eyni vaxta təsadüf edir. “Mançester Yunayted” 18-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir. Bu vəziyyət klubun gəlirlərinə və sponsorluq müqavilələrinə də təsir göstərə bilər.

Qeyd edək ki, Maykl Kerrikin istefasından sonra Maurisio Poçettino komandanın baş məşqçisi təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью