Həm oyun təcrübəsi, həm də yüklənmə baxımından uğurlu matç oldu

12.01.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Bugünkü oyunda futbolçuların çıxışından razı qaldıq. Yoxlama oyunu üçün maraqlı görüş oldu. Hər iki komandanın futbolçuları çox istəkli idi. Həm oyun təcrübəsi baxımından, həm də yüklənmə baxımından yaxşı matç oldu. Fikrimcə, futbolçularımız tam faydalana bildilər. Qarşıda altı gün vaxtımız var. “Araz-Naxçıvan”la görüşə qədər çalışacağıq ki, yaxşı formada olaq. Amma tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью