Həm sayğac satır, həm də təmir tikinti işlərində iştirak edir

05.03.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Kiçik Mərdəkan qəsri”nin bərpasına 654 743 AZN xərcləyəcək.

Pravda.az-ın xəbərinə görə, Dövlət Xidməti bu məqsədlə “Meqaplus” firması ilə müqavilə bağlayıb.

Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanunu təmsilçisi Abuzər Bəkir oğlu Seyidovdur.

Əsasən tikinti işləri həyata keçirən firma həm də sayğac satışı ilə məşğuldur. Bu, Dövlət satınalmalarının vahid elektron internet portalında yerləşdirilən tender elanlarından aydın olur.

Şirkət Elm və Təhsil Nazirliyinin elan etdiyi tenderlərin də qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью