Həm təhlükə yaratdı, həm də təhqir etdi: Nə var ə bambılı VİDEO

10.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 5-də, paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Belə ki, 90-MM-801 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq sol zolağa keçib. Bu zaman görüntünü qeydə alan avtomobili sıxışdıraraq qəza şəraiti yaradıb. Bu azmış kimi, bir az qarşıda təhlükə yaratdığı sürücünü təhqir edib.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən tuneldə hərəkətin təşkilinə dəyişiklik edilib. Belə ki, Qələbə dairəsi istiqamətindən gələn sürücülər 1.11 xəttinin qırıq-qırıq olan hissəsindən sağa manevr edərək sağ zolaqla hərəkət etməlidirlər. Həmin hissədə bütöv xəttin tələbini pozaraq sol zolağa keçmək qayda pozuntusu hesab edilir.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью