Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları baş tutub.
Yeniavaz.com xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu səfərdə İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşıb və rəqibini darmadağın edib – 0:3.
Digər ingiltərə təmsilçisi “Tottenhem” isə doğma meydanında Norveçin “Bodo-Qlimt” klubunu qəbul edib.
Görüş London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, cavab görüşləri mayın 8-də keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.