Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyanın dördüncü ən böyük şəhəri olan Həma islamçı qiyamçı qrup “Həyat Təhrir əş-Şam” (HTŞ) tərəfindən ələ keçirilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” yayıb.
Bu hadisə Suriya prezidenti Bəşər Əsəd üçün növbəti ciddi itki olaraq qiymətləndirilir.
Şəhər qiyamçıların sürətli irəliləyişi nəticəsində yalnız bir həftə əvvəl Əsəd qüvvələrinin Hələbi tərk etməsindən sonra itirilən ikinci mühüm ərazi oldu.
Cümə axşamı günorta saatlarında HTŞ bir sıra bəyanatlar yayaraq Həmanın məhəllələrinə daxil olduqlarını və şəhərin mərkəzi həbsxanasındakı məhbusları azad etdiklərini elan etdi.
Bu irəliləyiş bir neçə günlük döyüşlərdən sonra Həma ətrafında hərbi üstünlük qazanan qiyamçıların şəhər mərkəzinə daxil olması ilə mümkün oldu.
Eyni zamanda Suriya ordusu Həma şəhərindən geri çəkildiyini açıqlayıb.