Həmada daha 20 kənd ələ keçirildi: şəhərə son 5 km...

05.12.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Heyəti Təhrir əş-Şam” qruplaşması Həma şəhərinə daha da yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq döyüşlər şəhərin 5 kilometrliyində gedir.

Qruplaşma daha 20 kəndə nəzarəti ələ keçirib. Bundan əlavə, şəhər mərkəzi yaxınlığındakı Zirehli Qoşunlar Məktəbi, Suruc hərbi bazası ələ keçirilib.

Digər tərəfdən Həmanın şimalından irəliləməyə davam edən rejim əleyhdarı qruplar şəhərin şərq və qərbində də atışır.

Qeyd edək ki, ötən gün də qruplaşma bir neçə məntəqəyə nəzarəti ələ alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью