HƏMAS 10 israilli girovu azad etməyə razılaşıb

09.07.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


HƏMAS hərəkatı Dohadakı məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovu azad etməyə razılaşdığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yaraqlıların telegram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, mübahisəli məsələlər üzrə məsləhətləşmələr davam edir:
“HƏMAS danışıqların uğurlu olmasını istəyir və bu səbəbdən 10 girovu azad etməyə razılıq verib. Bununla belə, bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir: bu, xüsusilə Qəzzaya humanitar yardımın gətirilməsi, İsrail qoşunlarının oradan çıxarılması və daimi atəşkəs üçün real təminatların verilməsinə aiddir”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью