“HƏMAS 30a yaxın girovu təhvil verməyə hazırdır”

18.12.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

HƏMAS hərəkatı Qəzza zolağında saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb.

Bildirilir ki, HƏMAS İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbusların da olacağını gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью