HƏMAS 4 israilli girovun cəsədini bu gün geri verəcək, 6 nəfəri isə... Açıqlama

20.02.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Biz atəşkəs və girov mübadiləsi razılaşması çərçivəsində bu gün 4 israillinin cəsədini qarşı tərəfə təhvil verəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-kassam tuqayları"nın sözçüsü Əbu Ubeydə açıqlama verib.

O bildirib ki, həmin girovlar İsrailin bombardmanında həlak olublar: "Sionist işğalçı qüvvələrin təyyarələrinin bombaları onları  - İtzik Elqarat, Şlomo Mantzur, Ohad Yahalomi və Tsahi İdanı öldürdü..."

Məlumatda o da deyilir ki, İsrail bunun qarşılığında fevralın 22-də bir qrup fələstinli məhbusları azadlığa buraxacaq: "Həmin günü daha altı israilli məhbus - Tal Shoham, Omer Shem-Tov, Eliya Cohen, Omer Wenkert, Avera Mengistu və Hişam əl-Sayed təhvil veriləcək"

Tahir Şəlvəli
MİA.AZ

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью