HƏMAS 6 israilli əsiri qaytarmağa razılaşdı | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
HƏMAS fevralın 22-də gerçəkləşəcək əsir mübadiləsi çərçivəsində üç deyil, altı israilli girovu qaytarmağa razılaşdığını açıqlayıb.Teleqraf xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye məlumat verib.O bildirib ki, Həmas 4 israilli girovu cəsədini fevralın 20-də Qırmızı Xaça təhvil verəcək.Bundan əlavə, Hayye fevralın 22-də əvvəlcədən planlaşdırıldığı kimi, sağ olan üç deyil, altı israilli girovu azad ediləcəyini bildirib.HƏMAS-ın atəşkəsin ikinci mərhələsini həyata keçirməyə hazır olduğunu deyən Hayye, Təl-Əviv rəhbərliyinin atəşkəsin ikinci mərhələsi üçün danışıqlara başlamaqdan çəkindiyini qeyd edib.Yerli media İsrail hökumətinin konteyner evlərin və tikinti texnikasının Qəzzaya daxil olmasına icazə vermək üçün fevralın 22-də üç israilli məhbus əvəzinə altı israilli məhbusun azad olunmasının tələb etdiyini bildirib.Karvan və tikinti texnikasının ölkəyə girişinə icazə verməyən İsrailin HƏMAS-ın bu addımından sonra qərarını dəyişib-dəyişdirməyəcəyi hələlik məlum deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu