HƏMAS a etibar etmək çətindir Trampın xüsusi elçisi

18.08.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner HƏMAS-a sərt xəbərdarlıq edib.

Redaktor.az "Fox News"a istiandla  xəbər verir ki, Kuşner bu haqda HƏMAS nümayəndələri ilə keçirdiyi görüşdən sonra danışıb.

Kuşner HƏMAS-ın Qəzzada silahsızlaşdırma ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bildirib.

Onun sözlərinə görə, HƏMAS bu öhdəlikləri yerinə yetirməsə, İsrail hərbi əməliyyatlarını davam etdirə və “başladığı işi bitirə” bilər.

O bildirib ki, tərəflər görüş zamanı bir sıra məsələlər üzrə razılaşan fikirlər səsləndirib.

Bununla belə, Kuşner HƏMAS-a etibar etməyin çətin olduğunu vurğulayıb və təşkilata özünü sübut etmək üçün şans veriləcəyini deyib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью