Həmas altı girovu fevralın 22 də azad edəcək | Icma.az
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fələstinin Həmas hərəkatı 4 ölü girovun cəsədini fevralın 20-də İsrailə, 22 fevral şənbə günü isə Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad edilməli olan 6 canlı girovu azad edəcək.
Bizimyol.info xəbər verir ki, bu bəyanatla HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Heya çıxış edib və onun çıxışının yazısı hərəkata bağlı olan “Qüds” portalı tərəfindən yayımlanıb.
“Həmas, Bibas ailəsi də daxil olmaqla, dörd girovun cəsədini cümə axşamı günü təhvil vermək qərarına gəlib.
Bunun müqabilində biz İsraildən müqavilədə qeyd olunduğu kimi məhbuslarımızı azad etməyi gözləyirik.
Şənbə günü biz qalan girovları - onlardan altı nəfər qarıb - məhbuslarımızı həbsxanalardan azad etmək müqabilində azad edəcəyik", - deyə əl-Heya qeyd edib.
Qadir, Bizimyol.info Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu