HƏMAS atəşkəsə razı olduğunu açıqlayıb

27.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“HƏMAS Qəzzada atəşkəslə bağlı razılaşmaya hazırdır”.

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı HƏMAS-ın yüksək rütbəli rəsmisi “France-Presse” agentliyinə açıqlayıb.

O, İsrail və “Hizbullah” arasında Livanda əldə olunan atəşkəsdən məmnun olduğunu bildirib.

“Biz Misir, Qətər və Türkiyədəki vasitəçilərə HƏMAS-ın atəşkəsə və məhbusların mübadiləsi ilə bağlı ciddi razılaşmaya hazır olduğunu bildirdik”, - deyə rəsmi vurğulayıb.

HƏMAS rəsmisi İsraili razılaşmaya mane olmaqda ittiham edib.

Qeyd edək ki, bu gün səhər saatlarından İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью