HƏMAS atəşkəsə və əsirlərin mübadiləsinə razıdır

15.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələstinin HƏMAS hərəkatı Qətər və Misirə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsinə dair razılaşmanın bağlanması ilə bağlı razılığını çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.

“Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyətimiz vasitəçilərə - Qətər və Misirə hərəkatın atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı razılığını çatdırdı”, - HƏMAS-ın adının açıqlanmayan nümayəndəsi kanala bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью