HƏMAS azad edəcəyi girovların siyahısını verdi

08.10.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

HƏMAS və İsrail vasitəçilər vasitəsilə Qəzzada atəşkəs razılaşması çərçivəsində azad edilməsi planlaşdırılan girov və məhbusların siyahısını bir-birinə ötürüb.

Axar.az xəbər verir ki, bunu HƏMAS-ın rəsmi nümayəndəsi Tahir ən-Nunu deyib.

“Bu gün əvvəlcədən razılaşdırılmış meyarlara uyğun olaraq azad ediləcək girov və məhbusların siyahılarını mübadilə etdik”, - o bildirib.

HƏMAS nümayəndəsi qeyd edib ki, İsrailə verilən siyahılarda fələstinli məhbusların razılaşdırılmış sayı göstərilib, lakin tam olaraq neçə nəfərin azadlığa buraxılmasının tələb olunduğunu açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью