HƏMAS azad ediləcək 20 israilli məhbusun adlarını açıqladı

13.10.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

HƏMAS Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində azad edəcəyi 20 israilli məhbusun adlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıya Elkana Bohbot, Matan Angrest, Avinatan Or, Yosef-Haim Ohana, Alon Ohel və digər israillilər daxildir.

Azad ediləcək şəxslər Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil veriləcək. İsrail mediası siyahının Təl-Əviv rəhbərliyinin gözləntilərinə uyğun olduğunu bildirib.

Qeyd edək ki, Qəzzada atəşkəs oktyabrın 10-da saat 12:00-da qüvvəyə minib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью