HƏMAS azad ediləcək daha 3 girovun adını AÇIQLAYIB

31.01.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

HƏMAS sabah azad ediləcək üç israilli girovun adını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydə açıqlayıb.

Sözçünün sözlərinə görə, Ofer Kalderon, Keyt Şmonsel Seqal və Yarden Bibasın girov mübadiləsi çərçivəsində azad ediləcək.

Ubeyde bu addımın razılaşma çərçivəsində atıldığını bildirsə də, İsrail tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Digər tərəfdən İsrail rəsmiləri, bütün qadın girovların azad edilməsindən sonra Rəfah Sərhəd Qapısının açılmasının planlaşdırıldığını, lakin qadınların vaxtından əvvəl sərbəst buraxılması səbəbindən sərhəd qapısının bu gün açıldığını bildirib.

Mikayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью