Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstinin "HƏMAS" hərəkatı qalan bütün israilli girovları birdəfəlik azad etməyə hazır olduğunu açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalında bildirilib.
Qeyd edilib ki, Fələstin hərəkatı indilərdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlarda öz mövqelərini açıqlayan bəyanat yayıb: "Biz daimi atəşkəsə və Qəzza zolağından qoşunların tamamilə çıxmağına səbəb olacaq razılaşma əldə etdikdən sonra məhbusların birdəfəlik dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq".
Zərintac Mayisqızı
Missiya.Az